Türkiyə millisinin futbolçusu Can Uzun karyerasını Bundesliqada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 18 yaşlı hücumçu “Ayntraxt”la razılaşıb. Bu barədə “Sky Sport” məlumat yayıb. Uzun Frankfurt təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Uzun buna qədər “Nürnberq”də çıxış edirdi. II Bundesliqa təmsilçisi türkiyəlinin satışından 11 milyon avro qazanacaq.
Can ötən mövsümdə 33 oyunda 16 qol vurub.