“Yuventus” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda PSV-ni məğlub edib – 3:1.
Futbolpress.az xəbər verir ki, görüşdə birinci qolu vuran Kenan Yıldız “qoca sinyora”nın tarixinə düşüb. Belə ki, o, klub tarixində turnirdə fərqlənən ən gənc futbolçu adını qazanıb.
Kenan 19 yaş 135 günlə “Yuventus”un yeni rekordçusu olub. Bundan əvvəl 1005-ci ildə Alessandro Del Pyero 20 yaş 308 günlüyündə “Borussiya”ya qol vurmaqla “ən gənc oyunçu” adını qazanmışdı.