“Yuventus” futbolçusu Kenan Yıldıza yeni müqavilə təklif edib.
Futbolpress.az xəbər verir ki, türkiyəlii yarımmüdafiəçi “qoca sinyora”nın təklfini rədd edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər maaş məsələsində anlaşa bilməyib.
“Yuventus” futbolçuya hazırda qazandığı 300 min avroluq məvacibin dörd qatını təklif edib. Lakin Kenan bunu az qəbul edib və “yox” deyib. Tərəflər arasında danışıqlar davam edir.
19 yaşlı futbolçu ötən mövsümdə A Seriyasında 27 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.