“Torino”nun futbolçusu Emirhan İlkhan əməliyyat olunacaq.
Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi son çarpaz bağından əməliyyat ediləcək. 20 yaşlı futbolçunun azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Emirhanın “Torino” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Daha əvvəl “Sampdoriya” və “Başakşəhər”də icarədə olan yarımmüdafiəçi Turin klubunda cəmi 4 oyuna çıxıb.