Rusiyanın “Spartak” klubu “Fənərbağça”dan Cengiz Ünderi transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, Moskva təmsilçisi 27 yaşlı cinah oyunçusu üçün 8 milyon avro təklif edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Cengiz klub rəhbərliyinə “Rusiyada oynamaq istəmirəm” deyib və təklifi rədd edib.
Ünder “Fənərbağça”da 34 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.