Adı “Neftçi” ilə hallanan “Trabzonspor”un futbolçusu Murat Cem Akpınar açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi təkliflərin olduğunu təsdiqləyib:
“Trabzonspor”un düşərgəsindən ayrıldım. Menecerim təklifləri dəyərləndirir. Super Liqadan “Qaziantep”, I Liqadan “Karagümrük”, “Erokspor”, “Bandırmaspor”, “Sakaryaspor” və Azərbaycandan “Neftçi”dən təkliflər var. Bir neçə günə hər şey dəqiqləşəcək”.
Karyerası ərzində “Trabzonspor”, “Giresunspor”, “Sakaryaspor”, “Kocaelispor”da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.