Türkiyəli futbolçu: “Heç kim məğlubedilməz deyil”

Türkiyə millisinin futbolçusu Okay Yokuşlu açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Avro-2024-də 1/4 finala yüksəlmələri haqda bunları deyib:

“Avro-2024-də sona qalan 8 komandadan biriyik. Artıq hər şey ola bilər. Heç kim məğlubedilməz deyil”.

Türkiyə yığması 1/4 finalda Niderlandla qarşılaşacaq. Oyun iyulun 6-da olacaq.