Türkiyəli futbolçu: “Heç kim bizimlə qarşılaşmaq istəmir”

Türkiyə millisinin futbolçusu Kaan Ayhan Avro-2024-ün 1/4 final mərhələsində Niderlanda qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “TRT Spor”a açıqlamasında bunları deyib:

“Hiss edirəm ki, kimsə bizimlə qarşılaşmaq istəmir. Çexiya oyunundan sonra daha istəkli komanda görürəm. Bura haqqımızla gəlmişik. Avstriya ilə oyundakı kimi döyüşüb, qələbə üçün oynayacağıq”.

Niderland – Türkiyə oyunu sabah keçiriləcək.