“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Daily Mail” nəşrinə açıqlamasında Türkiyə futboluna uyğunlaşma prosesindən danışıb:
“Türk futbolu mənə yox, mən onlara uyğunlaşmalıyam. Digər komandaların bizim üçün etdiklərini biz də onlar üçün etməliyik. Türkiyədə vaxtı aparan komandalar çoxdur. Biz də onlar kimi etməli, lazım gəlsə, qazonda qalmalıyıq”.
“Fənərbağça” Super Liqada 2 turdan sonra 4 xalla 5-ci sıradadır.