Türkiyə üçün uğursuz hakim

Türkiyə millisi Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, görüşü portuqaliyalı Artur Soareş Diaş idarə edəcək.

Referi buna qədər 3 dəfə Türkiyə yığmasının oyunlarına təyinat alıb. “Ay ulduzlular” bu görüşləri məğlubiyyətlə başa vurub.

Rusiya – Türkiyə 2:1
Macarıstan – Türkiyə 1:0
Türkiyə – Uels 0:2.

Avstriya – Türkiyə matçı iyulun 2-də keçiriləcək.