Türkiyə – Portuqaliya oyununa doğru: təxmini heyət və uğursuz statistika

Türkiyə millisi bu gün Avro-2024-ün qrup mərhələsinin II turunda Portuqaliya ilə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 20:00-da start veriləcək.

F qrupunda yer alan komandalar ilk matçlarını qazanıblar.

Oyun üçün komandaların təxmini heyətləri:

Türkiyə: Mert Günok, Mert Müldür, Samet Akaydin, Abdülkerim Bardakci, Ferdi Kadıoğlu, Kaan Ayhan, Salih Özcan, Hakan Çalhanoğlu, Kenan Yıldız, Arda Güler, Barış Alper Yılmaz.

Türkiyə millisinin Portuqaliya ilə rəsmi oyunlarda qələbəsi yoxdur. Komandalar sonuncu dəfə 2022-ci ilin martında qarşılaşıb. Portu şəhərində baş tutan görüşü Portuqaliya 3:1 hesabıyla qazanıb.