Türkiyə millisinin üzvü klubsuz qaldı

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı “Lill”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə özü açıqlama verib. O, Fransa klubu ilə vidalaşıb.

Yusuf 2019-cu ildə “Trabzonspor”dan “Lill”ə keçib. O, Liqa 1-də 96 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.