Türkiyəli hücumçu Premyer Liqa klubunda

İngiltərənin “Bornmut” klubu icarə əsasında komandada çıxış edən Enes Ünalı transfer edib.

Futbolpress.az xəbər verir ki, türkiyəli hücumçu “Xetafe”dən heyətə cəlb olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ünalla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Ünal ötən mövsüm Premyer Liqada 16 oyuda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Bornmut” 27 yaşlı hücumçu üçün 16 milyon avro ödəyib.