Türkiyə millisi Polşa ilə bacarmadı

Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Türkiyə Polşa ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, Polşa rəqibi üzərində qələbə qazanıb.

Polşa komandasının heyətində K.Sviderski və N.Nikola Zelevski müvafiq olaraq 12 və 90-cı dəqiqələrdə fərqləniblər.

Türkiyənin yeganə qolunu isə Barış Alper Yılmaz 86-cı dəqiqədə vurub.