Türkiyə Kubokunu “Qalatasaray” qazandı

Türkiyə Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Qalatasaray” ilə “Trabzonspor” üz-üzə gəlib. Görüş “cim-bom”un inamlı qələbəsiylə başa çatıb – 3:0.

“Qalatasaray”ın qollarını Barış Alper Yılmaz və Viktor Osimhen (2) vurub. İstanbul təmsilçisi tarixində 19-cu dəfə ölkə kubokunu qazanıb.