Türkiyə klubunun Andrade israrı davam edir – 4 milyon avroluq bənd

“Qarabağ”ın futbolçusu Leandro Andrade klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi “Beşiktaş”ın diqqət mərkəzindədir. Bu barədə “A Bola” nəşri məlumat yayıb.

“Beşiktaş”da yeni baş məşqçi Covanni van Bronxorts Andrade haqqında hazırlanmış hesabatı təsdiqləyib və oyunçunun transferini istəyib. Azərbaycan təmsilçisi isə Andradeni buraxmaq niyyətində deyil. Xəbərdə İstanbul klubunun “atlılar”la anlaşmayacağı halda, onun sərbəstqalma məbləğini ödəyəcəyini qeyd edib. Bu məbləğ isə 4 milyon avrodur.

Leandronun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, son mövsümdə 58 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə edib.