Türk futbolçu La Liqada klubunu dəyişdi

“Valyadolid” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Valensiya”dan Cenk Özkaçarı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli müdafiəçi mövsümün sonuna kimi “Valyadolid”də forma geyinəcək.

Cenk “Valensiya”da 46 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Valyadolid” La Liqada 3 turdan sonra 4 xalla 11-ci sıradadır.