Bu gün İtaliya A Seriyasında XXXV turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Torino” azarkeşləri önündə “Venetsiya” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb.
“Latsio” və “Roma” turu qələbə ilə başa vurub. “Yuventus” isə “Bolonya” səfərindən bir xalla dönüb.
İtaliya A Seriyası
XXXV tur
2 may
Torino – Venetsiya 1:1
Qollar: N.Vlaşiç, 75 (pen.) – K.Peres, 36
3 may
Parma – Komo 0:1
Qol: C.Strefetsa, 79
Kalyari – Udineze 1:2
Qollar: N.Zorte, 35 – O.Zarraqa, 27, T.Kristensen, 67
Leççe – Napoli 0:1
Qol: Raspadori, 24
İnter – Verona 1:0
Qol: K.Asslani, 9 (pen.)
4 may
Empoli – Latsio 0:1
Qol: B.Dia, 1
Montsa – Atalanta 0:4
Qollar: Ketelare, 12, 23, A.Lukman, 47, M.Breşçiani, 88
Roma – Fiorentina 1:0
Qol: A.Dovbık, 45+5
Bolonya – Yuventus 1:1
Qollar: R.Freuler, 54 – K.Turam, 9
5 may
Cenoa – Milan 1:2
Qollar: Vitinya, 61 – R.Leao, 76, M.Frendrup, 77 (avtoqol)