“Sabah” – “Turan Tovuz” oyunu maraqlı keçdi. 2:2 nəticələnən qarşılaşmada “boz qurdu”un baş məşqçisi Kurban Berdiyevin ifadəsindəki kimi – xarakter göstərdilər.
Ancaq bu baxımlılığın onurğasına saplanan yanlış hakim qərarı yenə gözəlliyi dağıtdı.
Matçın 90+4-cü dəqiqəsində künc zərbəsindən sonra qol vuruldu, lakin sayılmadi. Səbəb topun çöldən meydana daxil olması göstərildi.
Futbol ictimaiyyəti, mətbuat, mütəxəssislər Əliyar Ağayevin qolu saymamasını yanlış hesab edir. VAR-a müraciət edilməməsi şübhələri və emosiyaları daha da qıcıqlandırır.
Video görüntüdən bu rakursdan topun meydanı tərk etdiyi görünmür. Bəs hakim nəyə əsasən bu qərarı verdi?
Heç bir texniki vasitəylə göstərilmədi. Ağayev də qərarı verərkən əmin görünmürdü. Fərqli rakursdan çəkilən epizod da aydın qol idi deməyə əsas vermir. Hər bir halda, həmin anları daha dəqiq yayımlaya biləcək bir texniki vasitə olmadı… Ağayevin bədən dili kar büruzə verirdi ki, o, yan xətt hakimin bu “göydəndüşmə” mövqeyini/qərarını arzulayırmış. Qol sayılmadı. “Turan Tovuz”un haqqı yeyildi. Əliyarın oyunboyu başqa səhv qərarları da vardı. Bu matçda zərərçəkən Tovuz təmsilçisi oldu.
Təəssüf, nə deyəsən…
Vicdan sızlayır yəqin…
Kamil Əhməd