AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun futbolçu Roderik Millerlə bağlı şikayətini təmin etməyib.
Futbolpress.az xəbər verir ki, Tribunal İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Belə ki, Miller Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalandırıb və Tovuz təmsilçisi 3000 manat cərimə edilib.
Matç “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.