“Turan Tovuz”un oyununda 6 qol

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz” toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Türkiyə Super Liqası təmsilçisi “Adana Demirspor”la oyun 3:3 hesabı ilə başa çatıb.
İlk qolda avtoqol qeydə alınan matçda digər qolları Veysəl Rzayev və Aleks Souza vurublar.
“Turan Tovuz” bundan öncə Türkiyədə “Pendikspor”la qolsuz heç-heçə edib.