“Turan Tovuz”un məşqçisi 5 oyunluq diskvalifikasiya olundu

“Turan Tovuz”un əvəzedici komandasının məşqçisi Ruslan Məmmədov cəzalanıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb onun “Neftçi-2” ilə matçda hakimləri təhqir etməsi olub. Məmmədov 5 oyunluq diskvalifikasiya edilib, “Turan Tovuz-2” isə 400 manat cərimə olunub.