“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova yığmasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının Andorra ilə III tur matçında iştirak edib. 57-ci dəqiqədə oyuna daxil olan Marandiçi sona qədər meydanda qalıb.
Matç Moldovanın qələbəsiylə başa çatıb – 2:0.
Moldova millisi D Liqasının 2-ci qrupunda 6 xalla birinci sıradadır.