“Turan Tovuz”un futbolçusu: “Dövrəni yaxşı tamamladıq”

“Turan Tovuz” Premyer Liqanın IX turunda “Zirə”ni məğlub edib – 1:0. Görüşdə komandanın yeganə qolunu 90-cı dəqiqədə Faiq Hacıyev vurub.

Müdafiəçi “FutbolPress“ə açıqlamasında oyunu şərh etdi:

“Oyun hər iki tərəf üçün maraqlı alındı. Bir qol matçın taleyini həll edəcəkdi. Şükürlər olsun, bu qolu da biz vurduq. Daha yaxşı çalışıq, olduğumuz mövqedə güclənmək istəyirik”.

Hacıyev I dövrədə komandanın çıxışını dəyərləndirdi:

“İlk hissədə istədiklərimizi etməyə çətinlik çəkdik. Fasilədən sonra özümüzə gəldik və tapşırıqları yerinə yetirə bildik. Sonda nəticə istədiyimiz kimi oldu. Ümumiyyətlə, I dövrəni yaxşı tamamladıq deyə bilərik. Səhvlərimiz oldu, ancaq bunun üstündə işləyib, daha yaxşı olmağa çalışdıq. Bundan sonra da davamını gətirməyə çalışacağıq”.

Şahin Cəfərov