“Turan Tovuz”un Berdıyev ilə daha yaxşı oynayacağını düşünürəm”

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Kurban Berdıyevin “Turan Tovuz”a baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Futbolpress.az “metaratings.ru” saytına istinadən xəbər verir ki, mütəxəssis təyinatla bağlı bunları söyləyib:

“Berdıyev böyük təcrübəyə və yüksək keyfiyyətlərə sahib məşqçidir. Lakin Azərbaycanda “Qarabağ”la rəqabət aparmaq çətindir. Onların çox güclü məşqçisi və təşkilatlanmış komandası var.

Berdıyev mübarizə apara bilsə, yaxşı olar. Amma komandanın avrokuboklar səviyyəsinə çıxacağına inanmıram. “Qarabağ”dan əlavə “Neftçi” də var. “Turan Tovuz”un Berdıyev ilə daha yaxşı oynayacağını düşünürəm”.

“Turan Tovuz” Berdıyevlə 2+1 illik müqavilə imzalayıb.

Syomin 2013/14 mövsümündə “Qəbələ”yə rəhbərlik edib.