“Turan Tovuz”u “Səbail”ə dəyişdi

“Səbail” 2024/25 mövsümünün transfer çalışmalarına start verib.
Futbolpress.az xəbər verir ki, “dənizçilər” heyətini Fərid Nəbiyevlə gücləndirib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 
Son mövsümü “Turan Tovuz”da keçirən 24 yaşlı futbolçu karyerası ərzində “Slavia Praqa” (Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) , “Kəpəz” klublarında çıxış edib.