“Turan Tovuz”un baş məşqçi postu üçün Kurban Verdiyevlə anlaşdığı xəbər verilib.
Klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov “FutbolPress“ə açıqlamasında mütəxəssislə danışıqlar aparıldığını təsdiqlədi:
“Düzdür, Berdıyevlə danışıqlar aparırıq. Ancaq hələ razılaşma olmayıb. Prinsipcə, anlaşmağa yaxınıq, ancaq razılaşdırılmayan bəzi detallar var. Düşünürəm ki, yaxın müddətdə bu məsələlərdə yekunlaşacaq”.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb.
Berdıyevin son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub. Xatırladaq ki, xəbər “matc”ındır.