“Turan Tovuz”dan ayrılan futbolçu ölkəsinə qayıtdı

“Turan Tovuz”la yollarını ayıran Bruno Qonçalves karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Quarani” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bruno ilə müqavilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Bruno ötən yay “Turan Tovuz”a keçmişdi. O, Premyer Liqada 33 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.