“Turan Tovuz”la yollarını ayıran Bruno Qonçalves karyerasını Braziliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Quarani” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bruno ilə müqavilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Bruno ötən yay “Turan Tovuz”a keçmişdi. O, Premyer Liqada 33 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.