AFFA “Turan Tovuz”u cərimələyib.
Qurum klubu “Şamaxı” ilə oyundan əvvəl yaydığı bəyanat səbəbiylə 20 min manat məbləğində cərimə edib. “Turan Tovuz” bununla bağlı açıqlama verməyəcək. Klubdan “Futbolpress.az“a verilən məlumata görə, bölgə təmsilçisi tərəfindən İdarə Heyətinin qərarına əsasən cərimə ilə bağlı açıqlama verilməyəcək.
“Turan Tovuz” “Şamaxı”nı 1:0 hesabıyla məğlub edib.
Şahin Cəfərov