“Turan Tovuz”da yeni müqavilə

“Turan Tovuz” Xəyal Nəcəfovla müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, son iki mövsümü komandanın heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.
Nəcəfov daha əvvəl “Sumqayıt” və “Neftçi”də forma geyinib.