“Turan Tovuz”da yeni müqavilə

“Turan Tovuz” müdafiəçi Faiq Hacıyevlə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusunun sözləşməsi 2025-ci ilin yayına kimi artırılıb.

“Turan Tovuz” daha əvvəl Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev və Oto Conla müqaviləni uzadıb.