“Turan Tovuz”da iki futbolçu ilə bağlı qərar verildi

“Turan Tovuz” futbolçusu Piruz Marakvelidze ilə yollarını ayıracaq.

FutbolPress“in əldə etdiyi məlumata görə, bölgə təmsilçisi gürcüstanlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsini uzatmayacaq.

“Turan Tovuz” digər yarımmüdafiəçi Veysəl Rzayevi isə komandada saxlamaq istəyir. Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi özü də Tovuz klubunda oynamağa müsbət yanaşır.

Mövsümün əvvəlindən icarə əsasında “Turan Tovuz”a keçən Veysəl bu mövsüm 29 oyunda meydana çıxıb.