“Turan Tovuz”da daha iki ayrılıq

“Turan Tovuz”da daha iki ayrılıq baş tutub.

Futbolpress.az xəbər verir ki, komandada icarə əsasında çıxış edən cinah müdafiəçisi İsmayıl Zülfüqarlı və yarımmüdafiəçi Fərid Yusifli klubu tərk edib. Bu barədə hər iki oyunçu sosial şəbəkə hesablarında paylaşım edib.

Futbolçular müqavilə ilə məxsus olduğu “Neftçi”yə dönəcək.

Yusifli və Zülfüqarlı yanvarda icarə əsasında “Turan Tovuz”a keçmişdi.

Premyer Liqa klubunda bundan öncə qapıçı Tərlan Əhmədli və baş məşqçi Ayxan Abbasov klubu tərk edib.