“Turan Tovuz”da braziliyalı müdafiəçi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Hayderson Hurtadonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Braziliyada başlayan oyunçu bu ölkənin “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. O, son olaraq Çexiyada “Yablonets”in formasını geyinib.