“Turan Tovuz” klubuna xəbərdarlıq edilib.
Futbolpress.az xəbər verir ki, buna səbəb bölgə təmsilçisinin dünən Premyer Liqanın XXIV turunun “Şamaxı” ilə oyunundan öncə matçın keçirilməsini istəməməsi ilə yaydığı bəyanatdır.
Klub bəyanatda matçda canlı yayım və VAR sisteminin olmayacağı üçün hakimliyə şübhə ilə yanaşdığını qeyd edib.
Matç “Turan Tovuz”un qələbəsiylə başa çatıb – 1:0.