“Turan Tovuz”a 3500 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sabah” oyununun 63-cü dəqiqəsində “Sabah” klubunun 40 nömrəli futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5);

“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində “Turan Tovuz” klubunun 40 nömrəli futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 41);

“Turan Tovuz” – “Səbail” oyununun 45+3-cü dəqiqəsində “Turan Tovuz” klubunun məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Turan Tovuz” komandası 1500 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 42.3, 32);

“Turan Tovuz” – “Səbail” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilsin (maddə 51.2);