“Turan Tovuz” Türkiyə klublarını seçdi

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi iyulun 18-də Türkiyə Birinci Liqa təmsilçisi “Pendikspor”, 22-də isə Super Liqa təmsilçisi “Adana Dəmirspor”la qarşılaşacaq.
Son yoxlama oyunu isə ayın 25-də baş tutacaq. Baş məşqçi Kurban Berdıyev komandanı Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”la oyunda sınaqdan keçirəcək.