“Turan Tovuz” müdafiəçi Emmanuel Hakmanla ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Toqolu müdafiəçinin sözləşməsi 2024/25 mövsümünün sonuna kimi artırılıb.
Hakman ötən yaydan “Turan Tovuz”da çıxış edirdi. Klub daha öncə Şəhriyar Əliyev və Aleks Souza ilə sözləşməni uzadıb.