“Turan Tovuz” legioneri ilə yollarını ayırdı

“Turan Tovuz”da ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, bölgə klubunda müdafiəçi Brunao Qonçalves ilə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qonçalvesə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Brunao Premyer Liqada 33 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.