“Turan Tovuz” da siyahıya düşdü, “Qarabağ” və “Sabah” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” 5 pillə irəliləyib və 67-ci sırada qərarlaşıb.

“Zirə” 94,25 xalla 219-cudur. “Sabah” da “Qarabağ” kimi irəliləyib. Ötən siyahıda 423-cü olan “bayquşlar” bu dəfə 62,5 xalla 409-cu sıranı tutub.

Reytinq cədvəlinə ilk dəfə düşən “Turan Tovuz” isə 53,75 xalla 499 komanda arasında 496-cıdır.

Siyahıya 388 xalla “Real” başçılıq edir.