“Turan Tovuz” cərimələndi

AFFA İntizam Komitəsi “Turan Tovuz”u cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisində “Neftçi” ilə Premyer Liqa matçında 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

“Turan Tovuz” – “Neftçi” oyunu 1:1 hesabıyla başa çatıb.