Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümündə “Turan Tovuz” ev oyunlarına ən çox azarkeş gələn komanda olub.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisinin 18 ev oyununu ümumilikdə 73900 (orta göstərici 4106) nəfər izləyib.
“Sumqayıt” bu göstəricidə ikinci (51516), “Neftçi” (31321) isə üçüncü olub.
“Turan Tovuz” azarkeşləri ötən mövsümdə də 63300 (orta göstərici 3517) nəfərlə zirvədə yer almışdı.