“Turan Tovuz” braziliyalını göndərdi

“Turan Tovuz” futbolçusu Paçu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Paçu ötən yaydan “Turan Tovuz”da çıxış edirdi. 28 yaşlı futbolçu Premyer Liqada 23 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.