“Turan Tovuz” bombardiri ilə müqaviləni uzatdı

“Turan Tovuz” hücumçusu Oto Conla müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla sözləşmə 2025-ci ilin yayına kimi artırılıb.

Oto Con ötən mövsümdə 10 qolla komandanın bombardiri olub.