“Turan Tovuz” Ayxan Abbasovla yollarını ayırdı

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Turan Tovuz” Premyer Liqada mövsümü 6-cı sırada bitirib.