“Turan Tovuz” Araşı transfer etdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Araş Qadirini transfer edib. Müdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb.

26 yaşlı iranlı futbolçu son olaraq “Traktorsazi”nin şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.