“Tura Baxış”da ikinci tur – VİDEO

“IQ Sport Media və Marketinq Agentliyi” media layihəsi olan “Tura Baxış” verilişi artıq iki həftədir ki, YouTube kanalı vasitəsilə yayımlanır.

Futbolpress.az xəbər verir ki, ölkə çempionatına həsr edilən bu layihədə futbol şərhçisi İsmayıl Abdullayev, veteran futbolçu Ruslan Əmircanov və aktyor Ələkbər Əliyevin iştirakı ilə futbolumuza fərqli baxaraq, ən yadda qalan epizodları və maraqlı hadisələri müzakirə edir, problemləri araşdırıb onların həlli yolları haqqında danışılır.

“Tura baxış”ın buraxılışlarını hər həftənin bazar ertəsi günü, axşam saatlarında “IQ Sport Agency”nin YouTube kanalından izləyə bilərsiniz!