Bundesliqada tura yekun vuruldu

Bu gün Almaniya Bundesliqasında XI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son matç günündə 2 oyun baş tutub. “Maynz” səfərdə 3, “Münhenqladbax” isə doğma meydanda 2 cavabsız qolla 3 xalı qazanıb.

Davam edən çempionatda Dortmund “Borussiya”sı rəqibini 4 cavabsız qolla darmadğın edib. 7 qolun vurulduğu görüşdə isə sevinən tərəf “Hoffenhaym” olub. “Bayer-04” doğma meydanda möhtəşəm geridönüş edərək, “Haydenhaym”a acımayıb. “Ayntraxt”la “Volfsburq” isə minimal hesablı qələbəyə sevinib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. “Bavariya” Keynin het-trikiylə “Ausburq”u məğlub edib. 

Almaniya Bundesliqası

XI tur

22 noyabr

Bavariya – Ausburq 3:0

Qollar: H.Keyn, 63(pen.), 90+3 (pen.), 90+5

23 noyabr

Borussiya Dortmund – Frayburq 4:0

Qollar: M.Bayer, 7, F.Nmeça, 40, Y.Brandt, 66, B.Qittens, 77

Hoffenhaym – Leyptsiq 4:3

Qollar: A.Qlojek, 17, 82, T.Bişof, 50, B.Larsen, 87 – B.Orban, 15, A.Nusa, 19, S.Nsoki, 67 (avtoqol)

Bayer Leverkuzen – Haydenhaym 5:2

Qollar: E.Palasios, 30, P.Şik, 32, 52, 71, Q.Caka, 82 – N.Dorş, 10, M.Xonsak, 21

Ştutqart – Boxum 2:0

Qollar: K.Fuxrix, 53, J.Dyel, 78

Volfsburq – Yuniyon Berlin 1:0

Qol: B.Baku, 71

Ayntraxt Frankurt – Verder Bremen 1:0

Qol: M.Qetçe, 45

24 noyabr

Kayel – Maynz 0:3

Qollar: N.Amiri, 11, J.Burkardt, 37, L.Cai-Sunq, 53

Borussiya Münhenqladbax – Sant Pauli 2:0

Qollar: A.Plea, 13, T.Kleindienst, 44