Türkiyənin “Çorum” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə razılaşmanın müddəti açıqlanmayıb.
Tuncay bu postda Serkan Özbaltanı əvəzləyib.
“Çorum” I Liqada 28 turdan sonra 39 xalla 11-ci sıradadır. Klubda Azərbaycan millisinin oyunçusu Coşqun Diniyev çıxış edir.